Prezidentdən əfv sərəncamı (SİYAHI)

Azərbaycan Prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.

ANS PRESS-in məlumatına görə, dövlət başçısı məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıb:

I. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın çəkilməmiş hissəsindən azad edilsinlər:

1. Abbasov Elçin Əliqismət oğlu, 1983-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Gəncə hərbi məhkəməsinin 2013-cü il 5 aprel tarixli hökmü ilə məhkum edilmişdir.

2. Abbasov Hacı Elçin oğlu, 1994-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Gəncə hərbi məhkəməsinin 2013-cü il 12 iyul tarixli hökmü ilə məhkum edilmişdir.

3. Abdulxalıqov Kənan Mürsəl oğlu, 1989-cu ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şəki Ağır Cinayətlər Məhkəməsinin 2011-ci il 16 noyabr tarixli hökmü ilə məhkum edilmişdir.

4. Abdullayev Rüfət Firdovsi oğlu, 1984-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şəki Ağır Cinayətlər Məhkəməsinin 2013-cü il 24 oktyabr tarixli hökmü ilə məhkum edilmişdir.

5. Abışov Pərviz Məhyəddin oğlu, 1983-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 2014-cü il 1 aprel tarixli hökmü ilə məhkum edilmişdir.

6. Ağalarov Şahlarbəy Taleh oğlu, 1991-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Tərtər hərbi məhkəməsinin 2011-ci il 12 may tarixli hökmü ilə məhkum edilmişdir.

7. Ağalıyev Yasəf Mürvət oğlu, 1994-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Gəncə hərbi məhkəməsinin 2013-cü il 3 sentyabr tarixli hökmü ilə məhkum edilmişdir.

8. Aldemir Halil Ziyattin oğlu, 1975-ci ildə anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2013-cü il 14 fevral tarixli hökmü ilə məhkum edilmişdir.

9. Allahverdizadə Əli Bəşir oğlu, 1993-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Tərtər hərbi məhkəməsinin 2012-ci il 11 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.

10. Bəşirov Azad Sovet oğlu, 1977-ci ildə anadan …read more

From:: ANS