Maşın yanaraq kül oldu

Zaqatalada avtomobil yanıb.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd yolunun Zaqatala rayonunun Qımır kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

1987-ci il təvəllüdlü Bayram İlham oğlu Vəliyev idarə etdiyi “VAZ-2109” markalı 10 CT 668 nömrə nişanlı avtomobil qəflətən yanıb

Sürücü dərhal maşından düşüb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliynin yanğınsöndürənləri cəlb edilib.

Hadisə nəticəsində maşın tam yanıb, maşın yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır. …read more

From:: ANS