Pensiyaçıların evi yandı

Amerika Birləşmiş Ştatlarının Kasl Hilz şəhərində təqaüdçülərin binasında yanğın baş verib.

ANS PRESS-in məlumatına görə, binanın 3-cü mərtəbəsində başlayan yanğın qısa müddətdə qonşu otaqlara da keçib.

Bədbəxt hadisə zamanı azı 5 yaşlı sakinin öldüyü, 11 nəfərin isə tüstüdən zəhərləndiyi bildirilir.

Xəsarət alanlar dərhal xəstəxaya yerləşdiriliblər. Onlardan birinin vəziyyəti ağır hesab olunur.

Faktla bağlı istintaq araşdırması başladılıb. Yanğına nəyin səbəb olduğu hələlik məlum deyil. Lakin ilkin ehtimal kimi elektrik qısa qapanmasının yanğına səbəb ola biləcəyi qeyd olunur. …read more

From:: ANS