Qaradan artıq rəng yoxdur (VİDEO)

Mən ehsanlara, təziyə çadırlarına da dövlətin yeni baxış tərzini təhlükəsizlik prinsiplərindən tərkib hissəsi kimi qəbul edirəm. Görünür, kimlərinsə məlumatı var idi ki, bu təziyələrə insanlar yalnız ölənin ruhunu yad etməyə yığışmırlar… Plovun üstündəki kimi altının da qarası var. Və bu qaradan artıq rəng yoxdur.

Bəzi xalası saytı və ya ağzı göyçəklərin bəh-bəh-şivənliyinə baxmayaraq dövlət öz iradəsini nümayiş etdirdi. İslam adı arxasında gizlənənlərin həbsi ilə dini əqidəyə görə təqib olunma arasında heç bir rabitənin olmadığı üzə çıxdı. Güclənmiş, varlanmış və artıq özünə arxayın olmağa başlamış Azərbaycan öz evində sahman yaratmağa qərar verərkən “başqaları nə deyər” əxlaqını bir kənara qoydu. Ona görə də həbs etdiklərinin beynəlxalq tanınma dərəcəsinə, cinsinə və hansısa xidmətlərinə baxmadı, bir prioritetə söykəndi sən dövlət üçün nə etmisən və ya gör bir nə etmisən… Biz başqalarının sözü ilə oturub durmayacağıq. Azərbaycan artıq uşaq deyil, cənab böyüklər və ya siz bizim üçün böyük deyilsiniz, uşaqlar!

“Biz əsrlər boyu başqa ölklərin, imperiyaların tərkibində olmuşuq, azad, müstəqil olmamışıq. Nə üçün? Bizim xalqımız azad və müstəqil yaşaya bilməz! Biz indi müstəqilik, böyük xoşbəxtlikdir. Ən böyük sərvətimizdir. Ancaq bu müstəqillik, eyni zamanda müstəqil siyasətlə də tamamlanmalıdır ki, bu gün bu Azərbaycanda var. Müstəqil siyasət aparırıq. Heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Heç kimin diqtəsi ilə oturub durmuruq və oturub durmayacağıq. Öz sözümüzü daim açıq bir şəkildə deyəcəyik və prinsipial mövqeyimizi nümayiş etdirəcəyik”, deyə prezident bildirmişdi.

Sizi bilmirəm, mən şəxsən “Sovetski” adlanan köhnə Bakı məhəlləsinin sökülməsinə də müstəqillik ideyalarının təntənəsi kimi baxıram. Doğrudan da Bakının mərkəzində “Sovetski” adının qalması, “Sovetski” xarabalıqlarının qalması müstəqil Azərbaycanın adına uyğun deyildi… Biz “Sovetski”dən də, yeni “Sovetski”lərdən də, yeni böyük qardaşlardan da qurtarmışıq və qurtarmalıydıq da… Biz başqalarından pis deyilik. Biz dünyanın, Avropanın ən layiqli dəyərlərinə də özünəməxsus şəkildə sahib çıxmağı bacarırıq. Niyə də yox? Alim Qasımov kifayət qədər böyükdür ki, orda bütün dünya mədəniyyəti yerləşsin…

Azərbaycanın ən sarsılmaz …read more

From:: ANS