Kiminsə qapısının deşiyindən baxmağa meyilli tamaşaçılar (VİDEO)

Biz ciddi mövzulara həsr etdiymiz layihələrin sayını artırdıqca təbii ki, reytinqləri və bununla da həm də reytinqə görə relkam verən qurumları itiririk. Çünki o verlişlərə baxmırlar. Reklam verənləri itirdikcə, bizə daxıl olan vəsaitləri də itiririk… Vəsaitlər azaldıqca işçilərin maaşını azaltmaq məcburiyyətində qalırıq, maaşları aşağı salmamaq üçün ixtisarlara getməli və bununla da işçi itkisini qəbul etməklə barışmalı oluruq… Bütün bunlar nə deməkdir, doğrudanmı dövlətin hansısa qurumu ANS-in və yaxud bu kimi kanalların zəifləməsinin, tənəzzülə uğramasının marağındadır. İnandırıcı deyil və ya mən buna sadəcə inanmaq istəmirəm.

Şirməmməd Hüseynov və Çingiz Abdullayevin layihələri isə elə aşağı zövqlü insanların, hər şeyə ikinci başı ilə baxan kişiciklərin və ikinci dili ilə ünsiyyətə girən qadıncıq tamaşaçıların acığına davam edəcək. İndi isə məsələnin indiyədək araşdırılmayan başqa bir tərəfi barədə. Tez-tez bizə, yəni televiziya kanallarına irad tuturlar ki, Aktual-Ekran, Heyvandarlıq zərbəçi cəbhədir, Milyonların Lenin Universiteti kimi verilişlər hazırlamırıq və niyə tamaşaçılar məişət şoularına qaçır. İlk dəfə bu barədə yenə biz danışmalı olacağıq. Hörmətli tamaşaçılarımız, hörmətli nəzarətçilərimiz, televiziya dəyişir. Bunu bilməlisiniz. Onun məzmunu dəyişir… Tamaşaçısı özü dəyişir. Bu tamaşaçı artıq doxsanıncı illərin dramatik hadisələrinin formalaşdırdığı insan deyil. O, müharibə və inqilab, çevriliş və yana-yana yerə düşən helikopter tamaşaçısı deyil. Bu tamaşaçı Sovet İttifaqının xarabalıqlarında Müstəqil Azərbaycan evi tikən vətəndaş deyil. Təbii ki, o tamaşaçını tamamilə başqa dəyərlər maraqlandırırdı. O tamaşaçı ilk növbədə efirdə özünün uğurlarını törətdiyi inqilabları, iştirak etdiyi döyüş kadrlarını, epoxal dəyişiklikləri görmək istəyirdi. Çörək növbəsində duran, aclıqdan, soyuqdan əziyyət çəkən buzlu ət intizarında olan tamaşaçını təbii ki, şou filan maraqlandırmamalı idi… Və maraqlandırmırdı da. O bir ÖZGƏ TAMAŞAÇI İDİ. O tamaşaçının gözləri də qulaqları da ürəyi də başqa idi.

İndiki tamaşaçı isə tam fərqlidir. O, atəşkəs dövrünün sakitləşdirdiyi tamaşaçıdır. Onun həyatı rahat, firavan, sakit və sabitdir. O, artıq televiziyaya daha çox əyləncə vasitəsi tək baxmaq istəyir. Ona göstərməyə yeni qiyamçı polkovnik, yeni çevriliş cəhdləri yoxdur və …read more

From:: ANS