Gəzintiyə çıxa bilərsiniz

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology”yə istinadən bu günün qoroskopunu təqdim edirik:

Qoç – Təmkinli davranın, soyuqqanlı və məntiqli olun. Bədxahlarınızla rəqibləriniz sizə qarşı yeni, məkrli plan qurublar. Yaxşı bələd olmadığınız insanlardan biri etimadınızdan sui-istifadə etməyə çalışacaq. Sadəlövhlük edərək “saf” qərarlar verməyin. Saatlar keçdikcə peşəkar fəaliyyətinizlə bağlı maraqlı təkliflər alacaqsınız. Daşınmaz əmlakla əməliyyatlar və maliyyə məsələlərinin həlli üçün münasib zaman deyil. Günün ikinci yarısında passiv olmayın. Süstlük və tənbəllik bu gün əsas düşmənlərinizdir. Axşam saatlarında gəzintiyə çıxın. Normal istirahət etməyə çalışın.

Buğa – Bilik və bacarıqlarınızı nümayiş etdirin, nəyə qadir olduğunuzu göstərin. İşlərdə uğur qazanmaq üçün hadisələrə təsir imkanlarına malik insanın yardımlarından bəhrələnə bilərsiniz. Yaxın ətrafınızdakı insanlarla ünsiyyətdə səmimi, qayğıkeş olun. Eqoizmlə təkəbbür çox ciddi problemlər yarada bilər. İnsanların nöqsanları barədə ucadan danışmayın. Çatışmazlıqları geniş müzakirə mövzusuna çevirməyə can atmayın. Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdə atipik addımlar atmayın. Qəfil sürpriz istəyi başağrı yaratmamalıdır. Axşam saatlarını romantik ortamda keçirin.

Əkizlər – Yaxın ətrafınızdakı insanlarla həssas davransanız, cavab reaksiyası gecikməyəcək. Yeni ideyaların həyata keçirilməsi üçün əlverişli zamandır. Çoxdan bəri reallaşdırmaq istədiyiniz plan çərçivəsində ilk addımı atın. İnandığınız, etibar etdiyiniz insanların yardımlarından yararlanın. İmprovizə edin. Belədə rutin fəaliyyət və gündəlik mükəlləfiyyətlər sizi usandırmayacaq. Şəxsi münasibətlərdə hadisələr sürətlə inkişaf edəcək. Qəfil qərar və ya düşünülməmiş addım sevdiyiniz insanla ünsiyyətdə yeni mərhələyə çevriləcək. Səbirli, amma həssas olun.

Xərçəng – Yeni təəssüratlar, hisslər və ya macəra axtarışına çıxmayın. Dəyişikliklər məntiqi, yeniliklər praqmat olmalıdır. Tərəqqi ilə ekstremal emosiyalar əksər zamanlarda ziddiyyət təşkil edir. Stabillikdən imtina etsəniz, dayaqları laxlada bilərsiniz. Günün ikinci yarısında bitmiş münasibətləri “diriltməyə” can atmayın. Olan olub, keçən keçib. Hisslərinizin əsiri olmayın. Konkret addımlar ataraq irəliləyin. Düşünülməmiş qərarın sonucu pis ola bilər.

Şir – Uğurlu, əlverişli situasiyadır. İdeyalarınızdan bəhrələnə bilərsiniz. İşlərdə irəliləyişlərə nail olmaq istəyirsinizsə, iradəli davranın. Emosiyaların əsiri olmasanız, işlər yaxşı olacaq. Sizin üçün tamamilə yeni məşğuliyyətə vaxtınızı tamamən həsr etməyin. …read more

From:: ANS