Dalğalanan bayraq buz bağladı (FOTO)

Türkiyə Van vilayətinin Çaldıran rayonunda ötən gecə havanın temperaturu -35 dərəcəyə çatıb.

ANS PRESS-in məlumatına görə, şaxtanın təsiri xüsusilə rayonun 5 kilometrliyində olan Ayrançılar məhəlləsində öz təsirini göstərib.

Məhəllədə su, ağaclar və yollarla yanaşı dirəkdə dalğalanan dövlət bayrağının elə bu vəziyyətdə donduğu bildirilir.

Məhəllə sakinləri isə gecə-gündüz soba yandırmaqlarına baxmayaraq isinə bilmədiklərini deyirlər.

Havanın küləkli olması isə soyuğun daha çox hiss olunmasına səbəb olur.

…read more

From:: ANS