HESABAT ili (VİDEO)

Daha bir müstəqil il yaşadıq. Mürəkkəb geosiyasi şəraitə, müxtəlif dövlətlərin təzyiqinə baxmayaraq müstəqilliyin daha bir uğurlu ilini yola salırıq. Bu ilin dalınca su atanlar da, qan tullayanlar da oldu. Amma yeni ilə hər yerə baxırsan dağılır, yanır, aclıq və səfalət, qeyri-sabitlik və Azərbaycan sabitdir, çiçəklənir, inkişaf və rahatlıq var, bir sözlə dağılan dünyanın fonunda qurulan Azərbaycan əhval-ruhiyyəsi ilə keçirik.

İli 2013-cü ilin Adamı İlham Əliyevlə başlamışdıq. Bu ilin fevral ayında dövlət başçısının Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupundan bu mükafatı qəbul edərkən dedikləri bu ilin də müstəqilliyə sərf olunacağının anonsu və avansı oldu.

“Təhlükəlidir! “Yer Kürəsi adlanan otağımızdan qaz iyi gəlir, pəncərələri açmadan işığı yandırmaq olmaz” tələb edən şəraitdə hər bir addım ölçülüb biçilməli idi. Bu gün Avropanın Rusiyanın neft və qaz asılılığından azad olunması yolunda Azərbaycan mühüm bir stansiyadır. Bu ölkə əlbəttə İran kimi, Rusiya kimi, hətta Türkmənistan kimi zəngin yataqlara malik deyil, amma yerləşdiyi geosiyasi şərait onun qlobal dəyərini artırır. Rusiya-Avropa rəqabətinin tədricən müharibəyə çevrilməsi ilə Azərbaycanın əhəmiyyəti birə-beş artır. Biz tam sürətlə “Cənub qaz dəhlizi”nə çevrilirik.

“Neft və qaz sahəsində yeni beynəlxalq komanda formalaşır. Komandanın bütün üzvləri bu gün bu salondadır. Əminəm ki, bizim birgə fəaliyyətimiz uğurlu olacaq və bizim komandamız qələbə qazanacaqdır. Qoy yolumuz açıq olsun” – deyə prezident İlham Əliyev bildirmişdi.

Türkiyə ilə müştərək layihələrin əhəmiyyəti də elə onun ölkənin müstəqilliyinə işləməsi ilə ölçülür. Beləliklə, artıq hələ ilin əvvəlində bəlli idi ki, Azərbaycan müstəqilliyini bölüşmək, kiminləsə paylaşmaq niyyətində olmayacaq. Respublika Avropa bazarına bütün ciddiyyəti ilə daxil olmaqda davam edir. Varlanmaq, güclü maliyyə-iqtisadi ehtiyatlara malik olmaq həm də müstəqil olmaqdır. Nə qədər varlısansa, bir o qədər də müstəqilsən – anlayışı vətəndaşlarımızın rifahında da özünü göstərdi. Sosial layihələr uğurla həyata keçirildikcə vətəndaş-vətən münasibətlərinin məzmunu da dəyişirdi. Necə deyərlər vətən cənnətə çevrilirdi. Amma bu cənnəti bəyənməyən. Behişti uzaq Suriya səhralarında axtaranlar, buna görə hətta öz canlarını, ailələrini qurban verməyə …read more

From:: ANS