Putin istefa verə bilər (FOTO)

Rusiyanın ən tanınmış siyasətçilərindən biri olan Sergey Baburin yenidənqurma dövrünün populyar simalarındandır.

1990-cı ildən etibarən Rusiyanın siyasi elitasında özünəməxsus yeri və rolu olan, uzun müddət Dövlət Duması sədrinin müavini vəzifəsində çalışan S.Baburin virtualaz.org saytının müxbirinin suallarını cavablandırıb.

-Bu gün Rusiyada nə baş verir?

-Rusiya iqtisadiyyatının indiki ağlamalı vəziyyəti dövlətin 20 il ərzində yürütdüyü antixalq siyasətinin birbaşa nəticəsidir. Oliqarxik iqtisadiyyat, sosial layihələrin rədd edilməsi, inflyasiya – bütün bunlar Rusiya iqtisadiyyatı üçün ağır nəticələr verib. Bunlar Rusiya iqtisadi sisteminin, Medvedyev hökumətinin və başda Nabiullina olmaqla Mərkəzi Bank rəhbərliyinin iflasa uğradığını da sübuta yetirir. Yeri gəlmişkən, Putin mətbuat konfransında dedi ki, Rusiyadakı inflyasiyaya görə təkcə Nabiullina məsuliyyət daşımır. Əgər prezident ilin sonuna qədər inqilabi kadr dəyişiklikləri etsə, buna təəccüblənmərəm. Bundan əlavə, mən belə hesab edirəm ki, əgər Putin baş nazir Medvedyevi və Nabiullinanı yaxın vaxtlarda işdən çıxarmasa, onda öz istefası barədə düşünməli olacaq.

-Bu böhran nədən başladı? Krımdan?

-Krımın məsələyə dəxli yoxdur. Bu böhran Rusiyanın üstünə çoxdan gəlirdi. Hələ Krımdan və neftin ucuzlaşmasından da əvvəl Rusiyada yük daşımalarının həcmi 50 faiz azalmışdı. Bu, nəyi göstərir? Öncə onu göstərir ki, Rusiyada iqtisadi proseslər sanksiyalarsız və Krımsız da zəifləmişdi. Rusiyada təşəkkül tapan oliqarxik kapitalizm uzun müddətdir dəyişmir. Bəzi oliqarxlar getsə də yerinə təzələri gəlib. Mahiyyət dəyişməyib yəni. İqtisadi böhran böyük ölçüdə oliqarxlar tərəfindən yetişdirilib. Onlar pulları Rusiyadan sürətlə çıxarırdılar. Üstəlik, neftdən böyük pullar əldə edən hökumət ölkəni neft iynəsindən qurtara bilmədi.

-Putinin istefasını da istisna etmədiniz. Nəyə əsasən belə deyirsiniz?

-Bir maraqlı detalı deyim. Medvedyevin adamları son vaxtlar Moskvada yaman fəallaşıb. Medvedyevin mütləq həll etməli olduğu məsələ aydındır. Ya Putin komandasını dəyişməlidir, ya da Medvedyevin komandası Putini devirəcək. Burada üçüncü yol yoxdur. Bu vəziyyət nə qədər belə davam etsə, Putinin öz prezidentlik müddətini uğurla başa vurmaq şansları da bir o qədər azalacaq.

-Putin mətbuat konfransında Qərbi ittiham edib dedi ki, qərblilər rus ayısını zəncirə vurmağa çalışırlar. Bu fikirlə razısınızmı?

-Qərbin Russiyanı cəzalandırmaq istəməsinə şübhə …read more

From:: ANS