BDYP-dən baykerlərə jest

Bakı şəhər Dövlət Yol Polisi “Baku HOG Azerbaijan” klubunu Yeni təqvim ili və Dünya Azərbaycanlılarının həmrəylik günü münsibətilə təbrik edib.

Bakı Şəhər Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədov təbriki ANS PRESS vasitəsilə çatdırdı.

V. Əsədov təbrikdə xüsusilə klubunun rəhbəri Vahid Mustafayevə təşəkkür edir: “O, cəmiyyətdə adətən neqativ assosiasiya doğuran motosiklet və bayker anlayışını xeyiryyəçiliklə məşğul olan, dövlətə və bayrağa sayğı sərgiləyən mütəşəkkil dəstə məzmununa dəyişə bildi.”

Yeni ildə “Baku HOG Azerbaijan”la birgə layihələrin həyata keçiriləcəyini bildirən BDYP ümid edir ki, HOQ Azərbaycan yeni ildə səs standartlarına cavab verməyən, yalnız əylənmək məqsdəi ilə yola çıxan, insanların narahatalığına səbəb olan hallarla mübarizədə qanunun tərəfində olacaq.

Təbrik belə bitir: Hamımıza uğurlu yol! …read more

From:: ANS