Bakıda küçənin ortasında qadını döydülər

Bakıda qadına qarşı xuliqanlıq edilib.

ANS PRESS-in lent.az-a istinadən verdiyi məlumata görə, hadisə Əlizadə küçəsi 5 ünvanının yaxınlığında (Fransa səfirliyinin qarşısı) baş verib.

Polisə müraciət edən 1976-cı il təvəllüdlü Əsədova Cəmilə Soltan qızı dekabrın 22-də saat 00:25 radələrində tanışı tərəfindən küçədə döyüldüyünü deyib.

Qadın qeyd edib ki, həmin şəxslə əvvəlcədən tanış olublar və ona qarşı zorakılıq edən kişinin adı Sərqam olub.

Araşdırmalar davam etdirilir. …read more

From:: ANS