Bakının məşhur otelində cinayət

Bakının mərkəzində yerləşən otellərdən birində oğurluq olub.

ANS PRESS-in lent.az-a istinadn verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarına müraciət edən Rusiya Federasiyası vətəndaşı Vladimir Keçkov bildirib ki, Mehdi Hüseyn küçəsi 1A ünvanında yerləşən “Fairmoint” otelində xeyli miqdarda pulu oğurlanıb.

Bakıya turist kimi gəldiyini və oktyabrın 11-dən Azərbaycanda olduğunu bildirən şikayətçi əlavə edib ki, otel nömrəsindən stolun üstündən 200 dollar və 20 min rublu götürülüb.

Faktla bağlı araşdırmalar aparılır. …read more

From:: ANS