Azərbaycanda 61 yaşlı kişi itkin düşdü

Lənkəranda 61 yaşlı kişi itkin düşüb.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, rayonun Vilvan kənd sakini İlqar Əlizaman oğlu Hüseynov Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək atası, 1953-cü il təvəllüdlü Əlizaman Hacıbaba oğlu Hüseynovun noyabr ayının 21-də saat 16.00 radələrində yaşadığı evdən çıxdığını və bir daha geri qayıtmadığını bildirib.

Qeyd edək ki, Ə. Hüseynov Lənkəran rayonlararası psixiatriya xəstəxanasında ağır dərəcəli debillik diaqnozu ilə qeydiyyatdadır. Boyu təxminən 170 sm olan Ə. Hüseynov arıq bədən quruluşuna malikdir. Sifəti qarayanız, gözləri isə qəhvəyi rəngdədir. Sonuncu dəfə evdən çıxarkən əynində qara kepka, qara pencək, qara şalvar və qara uzun çəkmə olub.

Ə. Hüseynovu görən şəxslərdən (025) 25-4-83-38 və (050) 542-37-02 (mobil) telefon nömrələrinə zəng vurmaları xahiş olunur. …read more

From:: ANS