Sevdiyiniz insanı qısqanmayın

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology” bu günün qoroskopunu təqdim edir.

Qoç – Səhər saatları danışıqlar və privat söhbətlər üçün əlverişli deyil. İşdə rəhbərliklə nəyisə müzakirə etməyə çalışmayın. Hüquqi məsələlərin həllini ertələyin.
Günün ikinci yarısında yeni məlumat və ya xəbər ala bilərsiniz. Maraqlandığınız işlə məşğul olmaq üçün əlverişli zamandır.
Axşam saatlarına yaxın xatirələr yada düşəcək. Bir zamanlar sevdiyiniz filmə yenidən baxmaq olar. Sevdiyiniz insanla münasibətləri möhkəmləndirin.

Buğa – Səhər saatlarından etibarən önəmli, vacib məsələlərin həllinə başlayın. Diqqətli olun. Kənar təsirlərə uymayın. Məhsuldar çalışmaq üçün bir işi yarımçıq qoyub başqasına start verməyin. Fəaliyyətinizi ciddi planlaşdırın, addımlarınızı müəyyənləşdirin.
Günün ikinci yarısında həssaslıq və sentimentallıq ifrata çatmasın. Dəstəyə, yaxşı məsləhətə ehtiyacınız var. Qohumlar və dostlarla dil tapmaq olar. Əhvalınızı yaxşılaşdırmaq üçün axşam saatlarında normal əylənin.

Əkizlər – Davranışınız laübəli, təlatümlü olmasın. Kiçik problemlər və maneələr ifrat emosional reaksiyaya rəvac verə bilər. Əhvalınızdan asılı olaraq planlarınızı sürətlə, tez-tez dəyişməyin. Diqqətsizlik sonradan ağır fəsadlara səbəb olacaq addımlara rəvac verməsin.
Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdə həssas, sayıq davranın, həddən artıq tələbkar olmayın. Emosiyalarınızın öhdəsindən gəlin. Anlamlı olun, dəyər verdiyiniz insanların qayğısına qalın.

Xərçəng – Günün ilk yarısı yaxşı xəbərlər və müsbət dəyişikliklər vəd edir. Çoxdan bəri planlaşdırdığınız işi reallaşdıra bilərsiniz. Mövqeyinizi möhkəmləndirin, nüfuzunuzu artırın. Yeni dostlar tapa bilərsiniz.
Fəaliyyət istiqamətində innovasiyalar üçün əlverişli gündür.
Günün ikinci yrısında alış-verişdə diqqətli olsanız, yaxşı nəticələr istisna deyil. Şəxsi münasibətlərdə situasiya pis deyil. Şansı əldən verməyin. Əks cins mənsubunun diqqətini cəlb edə bilərsiniz.
Axşam saatlarını yaxınlarınıza həsr edin.

Şir – Günün ilk yarısında intuisiyanıza inanın, problemlərdən hifz olunmağa çalışın. Ünsiyyətdə insan psixologiyasının təməl motivlərini unutmayın. Asılı olduğunuz insanlarla təmaslarınızı aktivləşdirin. Səbirli olun.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla münasibətləriniz pis olmayacaq. Stabil münasibətlər arzulayırsınızsa, bəxtə bel bağlamayın, fatumdan asılı olmayın. Axşam saatları romantik hisslər vəd edir.

Qız – Günün ilk yarısında sakit şəraitdə fəaliyyət göstərin. Fiziki hərəkətlərə vaxt ayırın. Ağır işdən çəkinməyin. Yeni işlərə başlamaq …read more

From:: ANS