Şərqi Anadoluda Sibir soyuğu

Türkiyənin Şərqi Anadolu bölgəsində anomal soyuqlar həyatı iflic edib.

ANS PRESS-in məlumata görə, bölgədə ən aşağı temperatur Ərdahan vilayətində qeydə alınıb. Burada ötən gecə -19 dərəcə temperatur müşahidə edilib. Qars, Ağrı, İğdır və Ərzurumda da şaxtalı hava yolların buzlaşmasına və fəvvarələrin donmasına səbəb olub.

-6 dərəcə temperaturun qeydə alındığı Ərzurumda xüsusilə təhlükəli vəziyyət yaradıb. Burada qar yağmasa da, şaxtalı hava yolların buz bağlamasına və nəqliyyatın hərəkətinin iflic olmasına səbəb olub. …read more

From:: ANS