Türklərdən ruslara zərbə

Rusiya vətəndaşlarının Türkiyəyə giriş qaydaları 2015-ci il yanvarın 1-dən dəyişəcək.

ANS PRESS-in Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin saytına istinadla verdiyi məlumata görə, Türkiyə hökumətinin Rusiya vətəndaşları üçün verdiyi qərar bu il dekabrın 31-də qüvvəsini itirəcək. Qərarda rus turistlər üçün verilən viza müddəti başa çatsa, həmin müddətdə xarici pasportun müddəti bitsə belə, 60 gün ölkə ərazisində qalmaq mümkün idi.

Amma gələn il yanvarın 1-dən etibarən isə Rusiya vətəndaşları üçün müəyyənləşdirilən yeni qayda sərtləşdiriləcək. Belə ki, vizadan əlavə, xarici pasportun müddətinin bitməsinə ən azı 60 gün qalmış Rusiya vətəndaşları ölkəni məcburi tərk etməlidirlər. …read more

From:: ANS