Çox gözlənilən görüş baş tutur

Gürcüstan prezidenti Georgi Marqvelaşvili rusiyalı həmkarı Vladimir Putinlə görüşə hazır olduğunu bildirib.

2008-ci ilin avqust ayında Rusiya ilə Gürcüstan arasında baş verən müharibədən sonra iki ölkə liderləri yüksək səviyyəli görüşlər keçirməyiblər.

“Prezident Putin Rusiyanın lideridir və biz bu ölkə başçısı ilə iki ölkə arasındakı münasibətləri nizamlamağa çalışmalıyıq”. Marqvelaşvili Gürcüstanın “İmedi” telekanalında çıxışı zamanı bu cür ifadələr işlədib. Onun sözlərinə görə, Gürcüstanın problemli məsələləri müzakirə mövzusu olacağı təqdirdə tərəflərin görüşü mümkün görünür. “Bu görüş görüşmək xətrinə olmamalıdır. Hələ ki, tezdir, görüşün vaxtı və formatı barədə danışmaq lazımdır” – deyə gürcü lider əlavə edib.

Rəsmi Moskvadan hələlik bu çağırışa cavab gəlməyib. …read more

From:: ANS