Sürücülərə pis xəbər (FOTO)

Bakıda daha bir avtomobil yolu bağlanır.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən ANS PRESS-ə verilən məlumata görə, Atatürk prospektinin Əlövsət Əbdülrəhimov küçəsi ilə kəsişməsindən Məmməd Araz küçəsi ilə kəsişməsinə qədər olan hissəsində hərəkət məhdudlaşdırılır.

Yol Ayna Sultanova parkı istiqamətində aparılan təmir işləri ilə əlaqədar bağlanır.

Təmir işləri Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aparılır.

Sürücülərə alternativ olaraq Koroğlu Rəhimov küçəsindən istifadə etmələri tövsiyə olunur.

…read more

From:: ANS