Dəm qazı daha bir can aldı

Göyçay sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

ANS PRESS-in APA-ya istinadən məlumatına görə, hadisə bu gün Göyçay şəhərinin Rauf İsayev küçəsindəki 90 saylı mənzildə qeydə alınıb.

Şəhər sakini, 1993-cü il təvəllüdlü Ədilova İlahə Əhməd qızı yaşadığı evin hamam otağında çimərkən dəm qazından boğularaq ölüb.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. …read more

From:: ANS