700 bal yığan qız danışdı

Ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərənlərin təcrübəsi hər zaman ictimaiyyətin diqqət mərkəzində olan məsələlərdəndir. ANS PRESS-in məlumatına görə, bu il qəbul imtahanlarında ən yüksək nəticə göstərənlərdən biri də Könül Yusif qızı Qurbanlı olub. Bakı şəhəri Nizami rayonu “Zəngi” liseyini bitirən Könül I ixtisas qrupu üzrə qəbul imtahanında 700 bal toplayaraq “ADA” Universitetinin “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisasına qəbul olub. Prezident təqaüdçüsüdür.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ən yüksək nəticə göstərən gəncin müsahibəsini təqdim edir.

-Qəbul imtahanında 700 bal toplayacağına əvvəlcədən inanırdın, yoxsa bu sənin üçün gözlənilməz oldu?
‐ Daha əvvəl bir neçə sınaq imtahanında 700 bal toplamışdım. Çox vaxt 690‐695 bal toplayırdım. Amma məqsədim həmişə 700 bal toplamaq olub. Tam əmin olmasam da, hesab edirdim ki, buna nail ola bilərəm. Valideynlərim və müəllimlərim də buna inanırdılar.

– Qəbula hazırlaşarkən əsas motivasiyan nə olub?
‐ Müəllimlərimin, valideynlərimin mənə olan inamını doğrultmaq və yaxşı ali təhsil almaq arzusu.

– Qazandığın uğurda test tapşırıqları ilə işləməyin nə kimi rolu olub?
‐ Әlbəttə, uğurumda testlərlə işləməyin mühüm rolu olub. Ancaq ən əsas amil istər məktəb dərslərində, istərsə də qəbula hazırlıqda dərsliklərdəki materialları mükəmməl öyrənməkdir. Xüsusilə də gərək əldə etdiyin bilikləri tətbiq etmək bacarığına yiyələnəsən.

– Səncə, abituriyentin qəbulda yüksək nəticə qazanması daha çox müəllimdən, yoxsa abituriyentin özündən asılıdır?
‐ Məncə, hər ikisindən eyni dərəcədə asılıdır.

– Niyə məhz “ADA” Universitetini seçdin?
‐ “ADA” Universitetini yüksəksəviyyəli ali təhsil almaq və xaricə çıxış imkanlarına görə
seçmişəm.

– Uğuruna görə özünü kimə borclu hesab edirsən?
– Özümü müəllimlərimə, xüsusilə də sinif rəhbərim, eyni zamanda riyaziyyat müəllimim Rövşən müəllimə borclu sayıram.

– Məqsədə çatmağın sirri nədədir?
‐ Məncə, məqsədə çatmağın sirri çox çalışmaq, iradəli və qətiyyətli olmaqdır.

– İxtisasına tam yiyələndikdən sonrakı planların necədir?
‐ Niyyətim yaxşı mütəxəssis və vətənimə xeyirli vətəndaş olmaqdır.
Fikrimcə, insanın hansı sahəni seçməsinin elə bir fərqi yoxdur. Başlıcası odur ki, insanlara, ölkənə gərəkli olasan.

– Minlərlə şagird var ki, qəbul imtahanlarına hazırlıq zamanı çox çalışır, lakin yüksək nəticə …read more

From:: ANS