Ən böyük 10 məsciddən biri (VİDEO)

Qafqazın ən böyük məscidi olan Heydər məscidinin açılışı olub. İki ildən artıqdır tikintisi aparılan bu məscidin təməli qoyulandan işlər prezident İlham Əliyevin nəzarətində idi. Tikinti müddətində mütamadi olaraq məscidə baş çəkən prezident İlham Əliyev nəhayət bu gün açılış üçün paytaxtın Binəqədi rayonuna getmişdi. Onu bu açılışda ailə üzvüləri də müşayət edirdilər.

ANS TV-nin məlumatına görə, Quran ayələrinin avazı altında açılışı edilən Heydər məscidi indi nəyinki Azərbaycanın, hətta Qafqazın ən böyük məscididir. Prezident İlham Əliyevin şəxsən açılışını etdiyi Heydər məscidi paytaxtın Binəqədi rayonunda yerləşir. Məscidin inşası zamanı işlərlə mütamadi maraqlanan dövlət başçısı, məhz bu açılışı ölkənin həyatında əlamətdar və tarixi hadisə kimi qiymətləndirib:

“Heydər Əliyevin dövründə Azərbaycanda 500-dən çox məscid tikilmişdi. Yüzlərlə məscid isə təmir edilmişdi. Ulu öndər müqəddəs Kəbə içində namaz qılmışdı. Xoşbəxtəm ki, bu xoşbəxtlik mənə də nəsib olmuşdu”.

Qafqazın ən böyük məscidinin açılışında Şimali Qafqaz Müftilərinin Əlaqələndirmə Şurasının sədri, Rusiya Federasiyası Qaraçay-Çərkəz müftisi İsmayıl Berdiyev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri Aleksandr, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Qafqaz Müsəlmanlar İdarəsinin Rusiya Federasiyasındakı səlahiyyətli nümayəndəsi və Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə iştirak ediblər.

Prezidentin şəxsi tapşırığı ilə inşa olunan yeni məscid Şirvan-Abşeron memarlıq üslubunda tikilib. Məscid 4200 kvadrat metr sahəni əhatə edir və burada 5 mindən çox insan eyni vaxtda ibadət edə bilər. Memarlıq nümunəsinin fasadı Quran ayələri və xüsusi şərq ornamentlərilə bəzədilib. İbadət evini hər birinin hündürlüyü 95 metr olan 4 minarə əhatə edir. Minarələrdə müasir lift sistemi quraşdırılıb.

Məscidin fasad arxitekturasında yer alan ornamentlərdən interyerin bəzədilməsində də istifadə edilib. Divarlara və hündürlüyü 55 metr olan baş günbəzə xüsusi bəzək elementləri vurulub, Quran ayələri yazılıb. İnteryeri hündürlüyü 35 metr olan əlavə günbəzlər tamamlayır. Məscidin xalçası isə Şeyx Səfi xalçası üslubunda dizayn edilib.

Heydər məscidi son illər ölkəmizdə prezidentin şəxsi təşəbbüsü və dəstəyilə inşa olunan ən yeni məsciddir. Buna qədər isə Azərbaycan və Şərq memarlığının nadir incilərindən olan Şamaxı …read more

From:: ANS