Parlamentdə dava

Gürcüstan parlamentinin plenar iclasında dava düşüb.

ANS PRESS-in məlumatına görə, dava müxalifət deputatları ilə iqtidar nümayəndələri arasında baş verib.

Belə ki, müxalifət deputatı Akakiya Boboxidze iqtidarı təmsil edən həmkarlarına qeyri etik müraciəti olub. Bu müraciətdən sonra deputatlar əlbəyaxa olublar. Hətta vəziyyət o yerə çatıb ki, parlament üzvləri bir-birlərimnə qarşı stolların üzərindəki mikrofonlardan da istifadə ediblər. Deputatları bir-birlərindən güclə ayırıblar.

Dava nəticəsində xəsarət alan olmyıb. Hazırda parlamentdə sakitçilik hökm sürür, iclas davam edir.

Qeyd edək ki, parlamentin plenar iclasında iqtidarı təmsil edən deputatların da çıxışlarında müxalifəti təhqir etdiyi bildirilir. …read more

From:: ANS