“Baku HOG” xəstə uşaqları sevindirdi (VİDEO, FOTO)

Yeni il ərəfəsində “Baku HOG Azerbaijan” uşaqları sevindirdi. Ümumdünya Harley Davidson ailəsinin Bakıdakı üzvləri bu gün Milli Onkologiya mərkəzində müalicə alan uşaqlarla görüşüb.

Onlar xəstə uşaqların görüşünə şarlar və hədiyyələrlə gedib. “Baku HOG Azerbaijan”ın nümayəndələri mərkəzin uşaq şöbəsinin bütün palatalarını gəzərək burada müalicə alan hər bir uşağa xüsusi hədiyyələr təqdim edib, onlarla söhbət ediblər.

Şaxta Baba, Qar qız və kloundan hədiyyə alan uşaqlar növbəti yeni il bayramında Şaxta babadan ən çox gözlədikləri hədiyyəni də açıqladılar. Uşaqlardan biri yeni ildə Şaxta babadan sağlamlıq arzuladığını deyib.

Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik günü ərəfəsində onkoloji xəstəlikdən əziyyət çəkən uşaqlarla həmrəy olan “Baku HOG Azerbaijan” ailəsinin üzvləri bu aksiyaların davamlı olacağını bildiriblər.

Qeyd edək ki, adıçəkilən xəstəxanada hazırda 60-a yaxın uşaq müalicə olunur.

…read more

From:: ANS