5,5 milyon dollarlıq kitab (FOTO)

Dünyanın ən məşhur yazıçılarından hesab edilən Uilyam Şeksprin kitabı rekord qiymətə satışa çıxarılır. ANS PRESS-in məlumatına görə, Şeksprin əsərlərinin toplusunun nə az, nə çox düz 5,5 milyon dollara satılması planlaşdırlıb.

1623-ci ildə çapdan çıxan kitabın sürəti Fransanın St Omar şəhərindəki kitabxanadadır.

Bu zamana kimi kitabın bütün dünyada sadəcə 230 nüsxəsi var idi. Bu Şeksprin tamaşalarının demək olar ki, hamısının toplandığı yeganə kolleksiyadır.

Mütəxəsisslər yeni tapılan 231-ci nüsxənin yazıçının ölümündən 7 il öncə nəşr edildiyini müəyyən ediblər. O, dövrdə kitab 1 sterlinqə satışa çıxarılıb.

Fransadakı “Birinci Folyo”nun 30 səhifəsi əksikdir. Lakin buna baxmayaraq kitab mükəmməl şəkildə qorunaraq günümüzə kimi gəlib çata bilib.

…read more

From:: ANS