Nəticəsiz Minsk danışıqları

Belarusun paytaxtı Minskdə Ukrayna böhranına son qoymaq üçün aparılan danışıqlar başa çatsa da, ciddi nailiyyət əldə olunmayıb. Növbəti danışıqların nə vaxt keçiriləcəyi isə hələ məlum deyil.

ANS PRESS-in BBC-yə istinadla verdiyi məlumata görə, Ukrayna hökuməti nümayəndələrinin, Rusyönümlü separatçıların, beynəlxalq müşahidəçilərin və Rusiyanın iştirak etdiyi toplantı əsasən qoşunların geri çəkilməsinə və humanitar yardıma yönəlib.

Danışıqlar ərəfəsində Ukrayna parlamenti ölkəni NATO-ya yaxınlaşdıran növbəti addım atıb.

Rusiyanın müdafiə nazirinin müavini Anatoli Antonov NATO üzvlərini Ukraynanı Rusiya ilə birbaşa qarşıdurmaya salmaqda ittiham edib: “Bu yalnız vəziyyəti gərginləşdirə bilər. Alyansın genişlənmə siyasətinə görə, Ukrayna öz ərazisində münaqişəyə son qoymasa, onun NATO-ya qoşulması uzun illər çəkə bilər. Ona görə də NATO-nun Ukraynanı qəbul edəcəyi hələlik inandırıcı görünmür.”

Xatırladaq ki, bu ilin sentyabrında Minskdə atəşkəs və mühüm sülh danışıqları aparılmışdı, lakin tərəflər buna əməl etməyiblər. …read more

From:: ANS