Dünyanın gözü Vyanada

Dünya neft ixracının üçdə-birinə cavabdeh olan Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) üzvlərinin neft nazirləri Vyanada iclasa başladı.

ANS PRESS-in məlumatına görə, görüş zamanı onlar neft ixracatı üzrə gələcək strategiyanı müəyyənləşdirməlidirlər.

Artıq yarım saatdır ki, görüşün jurnalistlərər açıq hissəsi gedir. Bakı vaxtı ilə saat 16:00-da başlanacaq bağlı qapılar arxasında olan danışıqlarda isə gələcək ixracat kvotalarının müəyyənləşməsində son nəticə qəbul ediləcək.

Qeyd edək ki, bu ilin iyun ayından etibarən neft qiymətləri demək olar ki, 3-dəfə düşüb. OPEC üzvü bəzi ölkələr qiymətin bərqərar olması üçün ixracatın azalmasını təklif edir. Belə təkliflə Venesuela, İran, Liviya və Ekvador çıxış edir. Lakin üzv ölkələr arasında hasilatda lider olan Səudiyyə Ərəbistanının mövqeyi tam bəlli deyil.

Xəbər verdiyimiz kimi dünən Səudiyyə Ərəbistanı neft naziri bir daha öz mövqeyini təsdiqləyərək, ölkəsinin ixracat kvotasının əsaslı dəyişilməsinə israr edəcəyinə inanmadığını bildirib. Bu ölkə qiymətin özünün stabilləşəcəyinə inanaraq gözləməyi üstün tutur.

OPEC 12 üzvü ilə Yaxın Şərq və Şimali Afrikanın 8 ölkəsini eləcədə Nigeriya, Anqola, Venesuela, Ekvadoru özündə birləşdirir. …read more

From:: ANS