Hacıxanım müğənninin dərin dekoltesi (FOTO)

Tanınmış türk müğənnisi Gülben Ergen üsyan etdi. Buna səbəb isə onun dərin dekolteli geyimləri olub. Belə ki, bir necə həftə öncə ikinci dəfə ailə quran və bal ayı yerinə Həcc ziyarətinə yollanan müğənninin geyimi müzakirələrə səbəb olub.

Hacı adını qazanan müğənni ötən gün dərin sinə dekoltesi olan geyimi ilə səhnəyə çıxıb. O, bu fotosunu İnstagram səhifəsində də paylaşıb. Bundan sonra isə izləyicilərinin sərt reaksiyası ilə qarşılaşıb.

Ergen reaksiyalardan sonra radikal addım atmalı olub. Belə ki, o, İnstagram hesabını bağlayıb. Onun səhifəzini artıq ancaq özünün icazə verdiyi şəxslər görə biləcək.

Bu addımını isə o belə izah edib: “Həcc ziyarətindən sonra xarici görünüşüm ilə mənə kobul üslubda fətva verənlər özlərinin həyat tərzlərini yoxlasınlar. Xəta görmək, səhv tapmaq, tənqid etmək üçün olan gözlər və beyinlər, sözüm sizədir. Həyat tərəfindən mükafatlandırılmayacaqsınız…”

…read more

From:: ANS