Peyğəmbəri təhqir edən şəxsə ağır cəza (FOTO)

Mavritaniya 1960-cı ildə müstəqil olandan bəri ilk dəfə olaraq söyüşə görə ölüm hökmü çıxarıb.

ANS PRESS-in məlumatına görə, yaşı 30-dan az olan Məhamməd Şeyx Ould Məhamməd Mavritaniya saytlarından birində Məhəmməd (s.a.s) peyğəmbərin gördüyü işlər haqda məqalə yazıb və orada qəbul olunmuş fikirlərə şübhəsini bildirib.

Məhkəmənin iddiasına əsasən o, Məhəmməd (s.a.s) peyğəmbər haqqında “yüngül fikirlər” söyləyib. Onun özü isə peyğəmbəri təhqir etmək kimi məqsədi olmadığını bildirib.

Qeyd edək ki, bu tip hadisə Mavritaniyada ilk dəfədir yaşanır.

…read more

From:: ANS