Putin hökumətə təpindi

Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, hökumət sosial öhdəliklərin yerinə yetirilməsi və rublun məzənnəsinin dəstəklənməsi məsələsinə diqqət yetirməlidir.

ANS PRESS-in məlumatına görə, hökumət üzvlərini 2008-2009-cu illər böhranı zamanında olduğu kimi işləməyə çağırıb.

“Burada oturanların çoxu bilir ki, 2008-2009-cu illərdə vəziyyət nejə çətin idi. Onda biz sektorlar üzrə işləyirdik. Mən sizdən xahiş edirəm ki, məhz həmin iş rejimində işləyəsiniz”, – deyə Vladimir Putin vurğulayıb.

Vladimir Putin həmçinin bildirib ki, ölkəsinin qarşılaşdığı iqtisadi çətinliklər təkcə xarici amillərdən asılı deyil, həmdə hökumətin işinin natamamlığı ilə bağlıdır. Prezident hökumətdən tələb edib ki, lazım olarsa əllə idarəetmə mexanizminə keçilsin: “Bütün nazirliklərin və Prezident Administrasiyasının işini Mərkəzi Bankla əlaqələndirmək, hamını nəzarətdə saxlamaq lazımdır”. …read more

From:: ANS