Moskvada çovğun, həyat iflic oldu

Rusiyanın paytaxtı Moskvaya güclü qar yağmağa başlayıb.

ANS PRESS-in məlumatına görə, güclü külək və qar artıq bəzi problemlər yaradıb. Belə ki, əsas magistral yollarda tıxaclar meydana gəlib. Avtomobillər saatlarla tıxacda qalıblar.

Rusiya Fövqəladə Hallar Nazirliyi axşama doğru vəziyyətin daha da gərginləşəcəyini, tıxacların bir neçə km-ə çata biləcəyi barədə xəbərdarlıq ediblər.

Məlumata görə, hava şəraiti ilə əlaqədar olaraq Vnukova hava limanı fəaliyyətini dayandırıb. Uçuş-eniş zolaqlarının təmizlənməsinə başlanılıb.

Moskva küçələrində qar təmizləmə işlərinə onlarla texnika cəlb edilib.

Sinoptiklərin məlumatına görə, qar axşama qədər yağacaq, külək güclənəcək, çovğun olacaq və yollar buz bağlayacaq. Qarın hündürlüyünün 20-sm-ə çatacağı gözlənilir. …read more

From:: ANS