Nazirliyin komandası kubok qazandı

İqtisadiyyat və Sənaye Nazirliyinin Gəncə-Qazax regional bölməsinin komandası kubok sahibi olub.

ANS PRESS-in nazirliyə istinadla verdiyi məlumata görə, dekabrın 1-dən 20-dək Şəmkir Olimpiya İdman Kompleksində Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş mini-futbol turniri keçirilib.

12 komandanın iştirak etdiyi turnirdə İqtisadiyyat və Sənaye Nazirliyinin Gəncə-Qazax regional bölməsinin komandası rəqiblərinə qalib gələrək finala çıxıb.

Finalda rəqibini 6-2 hesabı ilə məğlub edən görüşündə Gəncə-Qazax regional bölməsinin komandası turnirin kubokunu qazanıb. …read more

From:: ANS