Bakıda dəhşətli mənzərə: bir neçə maşın kişinin üstündən keçdi

Bu gecə Bakının müxtəlif yerlərində ölümlə nəticələnən 3 yol qəzası baş verib.

Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisələrdən biri Sabunçu rayonunda qeydə alınıb. Rayonun Pirşağı qəsəbəsində “Chevrolet” markalı avtomobil “Zil” markalı yük maşınına çırpılıb. Qəza nəticəsində minik maşınının sürücüsü ölüb.

Digər hadisə Suraxanı rayonu Hövsan qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində “Hovo” markalı yük maşını ilə “Opel” markalı avtomobil toqquşub.

Qəza nəticəsində “Opel” markalı maşında olan sərnişinlərdən biri ölüb. Sürücü və digər sərnişin ağır yaralanıb.
Başqa bir dəhşətli qəza isə Sabunçu rayonu ərazisində, “Koroğlu” metrosu yaxınlığında olub.

Belə ki, sürücüsü dəqiqləşməyən “VAZ-2106” markalı avtomobil orta yaşlı kişini vurub. Daha sonra bir neçə avtomobil onun üstündən keçib. Nəticədə ərazidə dəhşətli mənzərə yaranıb.

Baş verən bütün qəzalarla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. …read more

From:: ANS