Qadın pişiyə ərə getdi (FOTO)

Britaniyda yaşayan 48 yaşlı Barbarella Bunker 7 il birlikdəlikdən sonra sevgilisindən ayrılıb. Buna səbəb isə onun başqası ilə münasibətə başlaması olub. Nə qədər təəccüblü olsada qadının yeni “sevgililəri” pişiklərdir. Yaxınlarının fikrinin onun üçün heç bir əhəmiyyət daşımadığını deyən Barbarellanın seçimlərinin adı Luqozi və Paukedir.

“Mən anladım ki, bir kişi məni xoşbəxt edə bilməz. Bunu ancaq mənim pişiklərim bacarar”.

Heyvanlarla nikahını o internetdə bağlayıb və insanlarla həyatlarını heyvanları ilə birləşdirməyə imkan verən xüsusi saytdan bunun üçün sertifikat da alıb.

Bundan sonra o ev heyvanları ilə birlikdə Kanar adalarına səyahətə çıxıb.

Qeyd edək ki, bu ilk belə qəribə hal deyil. Bundan öncə də Avropa və Amerikada xeyli sayda insan həyatını öz heyvanları ilə birləşirib və “toy” ediblər.

…read more

From:: ANS