Komandirləri çavuşu qazanxanada yandırdılar

Türkiyə Mardin vilayətinin Dargeçit qəsəbəsində 1995-ci ildə bir nəfəri hərbçi olan 8 nəfərin öldürülməsi barədə başladılan istintaq başa çatdı.

ANS PRESS-in məlumatına görə, Mardin Jandarm Desant Tabor komandiri Hurşit İmren, Dargeçit jandarm komandiri Mehmet Tire, Jandarm bölmə komandiri Mahmud Yılmaz, bölmə komandir müavini Haydar Topçam və çavuş Kərim Şahin barəsində qəsdən adam öldürmək maddəsi ilə 3 dəfədən, 8 dəfəyədək ömürlük həbs cəzası tələb olunub.

Qaldırılan iddiada, Süleyman Seyhan, Nedim Akyön, Mehmet Emin Aslan, Seyhan Doğan, Davud Altınkaynak, Əbdürrəhman Olcay və Əbdürrəhman Coşkunun müxtəlif vaxtlarda PKK-ya yardım etdikləri iddiası ilə saxlanıldıqları və öldürüldükləri, baş verənlərdən heç kimin xəbərdar olmadığı, baş verənləri yuxarılara bildirməməsi üçün çavuş Bilal Bartırın bölmənin qazanxanasında yandırıldığı qeyd edilib.

Şübhəli İmren və Tire barəsində 8 dəfə, Yılmaz və Şahin barəsində 6 dəfə, Topçam barəsində 3 dəfə ömürlük həbs cəzası tələb olunub.

Faktla bağlı məhkəmə prosesinin qarşıdakı günlərdə başlayacağı bildirilir. …read more

From:: ANS