Məşhur mafiya lideri öldürüldü (FOTO, VİDEO)

İstanbulda mafiya liderləri arasında qanlı döyüş baş verib.

ANS PRESS-in məlumatına görə, İstanbulun Nişantaşı bölgəsində məşhur mafiya liderlərindən birinin qardaşı ilə yaxın dostu öldürülüb, bir nəfər isə ağır yaralanıb.

İstanbulda cinayət qruplaşması rəhbəri və mafiya lideri kimi tanınan Sədat Şahinin qardaşı və dostu Fərdi Topal Nişantaşında evdən çıxarkən uzaqda dayanmış avtomobilllərdən birinin içərisindən “Kalaşnikov” avtomatla açılan atəş nəticəsində ölüb.

Hadisə baş verən bölgəyə çox sayda polis qrupu cəlb edilib və həmin küçədə bir müddət nəqliyyatın hərəkəti dayandırılıb.

Qeyd edək ki, Şahin qardaşları gecə həyatına nəzarət edirdilər. Onlar istədikləri sənətçini barda səhnəyə çıxardar, istədiyini də səhnədən uzaqlaşdırırdılar. Bundan başqa onların dövlət adamları ilə də yaxın olduqları vurğulanır.

İstanbul’da Mafya Babası Vedat Şahin’i Vurdular haberler …read more

From:: ANS