Bu gün Milad bayramıdır

Bu gün Milad bayramı qeyd olunur.

ANS PRESS-in məlumatına görə, Milad – xristianlıqda əsas bayramlardan biri, İsanın doğumu qeyd olunan günüdür. Milad qərb xristianlığında, o cümlədən katolisizmdə və bir neçə pravoslav kilsəsində 25 dekabr, pravoslavlıqda isə 7 yanvar tarixinə düşür.

Katoliklər tərəfindən məhz bu tarixin seçilməsi təsadüfi deyil. Bəzi mülahizələrə görə, bu tarix ilk xristianların mart ayının 25-də qeyd etdikləri Pasxa və Tanrının bədənləşməsi (İsanın ana bətninə düşməsi) gününün üzərinə 9 ay əlavə edilməsi ilə yaranmış və ən uzun qış gecəsi olan vaxtla üst-üstə düşüb.

Bəziləri isə bunu tam başqa səbəblərlə, yəni bütpərəst romalıların həmin tarixdə qeyd etdikləri “Yenilməz Günəşin doğulması” bayramı ilə əlaqələndirirlər. …read more

From:: ANS