Bələdiyyələrə xəbərdarlıq: “Şəhərlərdə avtoritarlıq qurmayın”

Türkiyənin baş naziri Əhməd Davudoğlu İstanbulda keçirilən “Gələcəyin şəhərləri” adlı tədbirdə iştirak edib. ANS PRESS-in məlumatına görə, şəhər termini barədə açıqlamalar verən Davudoğlu bələdiyyə sədrlərinə də bəzi təlimatlar verib.

“Min yaşı olmayan bir şəhərin həqiqi bir məkan və tarixin testindən keçmiş bir şəhər olduğunu deyə bilmərik. Bəzi şəhərləri açıq hava muzeyi kimi mühafizə etmək lazımdır. Bunu etmək bizim üstümüzdə tarixi bir borcdur”.

Baş nazir tədbirdə iştirak edən bələdiyyə sədrlərinə də xəbərdarlıq verib.

“Şəhərdə hökmdarlıq etməyə çalışmayaq və şəhərlərdə avtoritarlıq qurmayaq. Xüsusilə bələdiyyə sədrlərimizə deyirəm. Əvvəl şəhərin tələbəsi olun və onun qarşısında diz çökün”.

Müasir şəhərlərə nümunə kimi Nyu Yorku göstərən Davudoğlu bu şəhərdə zənginlərin yaşadığı Manhattan məhəlləsi ilə kasıbların yaşadığı Harlemi müqayisə edib.

“Şəhərləri quran burjua ilə kənar məhəllələrdə yaşayan zəhmətkeş insanlar iki ayrı dünyada yaşayır. İstanbul heç bir vaxt sinfi təbəqələşmə ilə insanları ayırmayıb. Bizim şəhərlərimiz üçün “qetto” da yoxdur, “şəhərətrafı” da”. …read more

From:: ANS