Çiy qurbağa yedi, beyninə qurd düşdü (FOTO, VİDEO)

İngiltərədə 50 yaşlı xəstənin beynindən 5 cm uzunluqda solityor çıxarılıb. ANS PRESS-in məlumatına görə, solityoru incələyən Kembriç universitetinin akademikləri parazitin xəstəyə Asiya səyahəti zamanı yediyi çiy qurbağadan düşəcəyini güman edirlər.

Universitetin əməkdaşı nervpatoloq Endryu Din kəskin baş hərlənməsi və sudurğa şikayəti ilə müraciət edən xəstədə parazitin təsadüfən aşkarlandığını deyib.

Xəstənin beynində 4 il ərzində böyüyən “’Spirometra erinacei europaei” tipli parazitin İngiltərədə ilk dəfə görüldüyü bildirilir. Şəxsiyyəti barədə məlumat verilməyən xəstə əməliyyatdan sonra tamamilə sağalıb.

Qeyd edək ki, “’Spirometra erinacei europaei” tipli solityorlar əsasən Aralıq dənizi hövzəsində və Şərqi Asiyada olur. Onların boyu bəzən 75 cm, diametrləri 8 mm-ə çata bilər.

…read more

From:: ANS