Bakıda dəhşətli qəza: 2 maşnın altında qalan piyada öldü

Gecə Bakının Sabunçu rayonu ərazində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Hadisə Koroğlu metrosunun yaxınlığında qeydə alınıb.

Hələlik sürücüsünün şəxsiyyəti məlum olmayan “VAZ-2107” markalı avtomobil Mərdəkan istiqamətində hərəkətdə olarkən qəfil yolu qaçaraq keçmək istəyən piyada 45 yaşlı İntiqam Məmmədovu vurub. Daha sonra arxadan gələn digər avtomobil də piyadanın üstündən keçib.

Piyadanı vuran “Jiquli”nin sürücüsü onu ağır vəziyyətdə 3 saylı şəhər kliniki xəstəxanaya çatdırsa da həkimlər yaralının həyatını xilas edə bilməyiblər.

Hadisə yerinə Sabunçu rayon polis idarəsinin əməkdaşları cəlb olunub. İlkin ehtimallara görə hadisənin baş verməsinə, piyadanın yol hərəkət qaydalarını pozması və yüksək sürət səbəb olub.

Faktla bağlı cinayət işi başlanılıb, hadisəyə başlanan istintaq araşdırmalarından sonra hüquqi qiymət veriləcək. …read more

From:: ANS