20 min nəfər ixtisara düşdü

Yəmən hökuməti 20 min işçisinin tədaüdə ayrılması barədə qərar verib.

ANS PRESS-in məlumatına görə, Yəmənin əhaliyə xidmət qurumu sədri Əhməd əş-Şami həftəlik nazirlər kabineti iclasından sonra mətbuata açıqlamasında yaşı 60-dan yuxarı, ya da 35 illik stajı olan şəxslərin təqaüdə çıxmalı olduğunu xatırladaraq, bu barədə qərar verdiklərini bildirib.

Qərar ölkədə 3 ay içərisində həyata keçiriləcək. Burada dövlət işlərində çalışanlara daha çox diqqət yetiriləcək. Beləliklə də büdcəyə 10 milyon Yəmən rialı (təxmini 47 milyon dollar) xeyir gətiriləcək.

Şami ölkədə mülki və hərbi işçi sayının 1,2 milyon olduğunu, təqaüdə ayrılanların yerinə yenilərin gətiriləcəyini qeyd edib …read more

From:: ANS