İŞİD kürdlərin paytaxtına hücuma keçdi

İŞİD terror qruplaşması Şimali İraq Kürd Muxtariyyətinin paytaxtı Ərbilə hücuma keçib.

ANS PRESS-in məlumatına görə, İŞİD hücumlarının qarşısını almaq üçün koalisiya qüvvələrinin aviasiyası köməyə gəlib. Koalisiya təyyarələri İŞİD mövqelərini bombalayıb. Peşmerge qüvvələrinin genaralı Məhəmməd Ramazan verdiyi açıqlamada bildirib ki, İŞİD-in hücumlarının qarşısını alan zaman 2 kürd yaraqlısı yaralanıb.

Hazırda Ərbil yaxınlığında şiddətli döyüşlərin getdiyi bildirilir.

Qeyd edək ki, İŞİD-in əlində olan Mosulun Güver mahalı Ərbildən 40 kilometr məsafədə yerləşir.

Bu arada kürd muxtariyyətinin rəhbəri Məsud Bərzani İraqda yaşayan xristianları milad bayramı münasibəti ilə təbrik edib. Bərzani təbrik məktubunda xristianlardan İraqı tərk etməməyi istəyib. Onlara terrorçulara qarşı birgə mübarizə aparmağı təklif edib. …read more

From:: ANS