Santa Klaus bu ölkələrdən keçəcək (VİDEO)

ABŞ-ın Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı rəsmi olaraq Santa Klausun uçuş trektoriyasının xəritəsini yayıb.

ANS PRESS-in məlumatına görə, komandanlıqdan bildirilib ki, Santa macərasını simvolik olaraq şimaldan başlayacaq və bütün dünya uşaqlarına hədiyyələr verməklə başa çatdıracaq.

Komandanlıq Santa Klausun uçan kürsüsünün təhlükəsizliyi üçün 2 ədəd qırıcı ayırıb. Qırıcılar onu uzaq mənzilli uçuşlarda müşaiyət edəcək.

Buna baxmayaraq ABŞ komandanlığı Santaya nəzarəti onun missiyası zamanı bir an olsun belə azaltmayacaq. Hətta Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı könüllüləri bu işdə köməyə dəvət edir.

Santa Klausun xəritəsində bir məqam da siyasətin nağıllara da siraətini isbat edir. Yayılan xəritəyə əsasən, nədənsə Santa Rusiyanın çox az bölgəsinin uşaqlarını sevindirir.

Qeyd edək ki, Santa Klaus ABŞ-ın yaratdığı, hazırda isə bütün dünya uşaqlarının inandığı mifik milad bayramı qəhrəmanıdır. Santa Klaus xoşməramlı personaj olmasına baxmayaraq, bacadan evə girməsi birmənalı qarşılanmır.

…read more

From:: ANS