Günün qoroskopu: mənasız simiclik etməyin

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology” bu günün qoroskopunu təqdim edir.

Qoç – Bütün səylərinizə rəğmən günün ilk yarısında problemlərin sayı az olmayacaq. Çətinlikləri aradan qaldırmağa başlayın. Önəmli məsələlərlə bağlı qərarı təxirə salmayın.
İşgüzar tərəfdaşlar və müttəfiqlərlə cari məsələləri müzakirə edərkən emosional olmayın.
Sifarişi yerinə yetirin, vədləri qulaqardına vurmayın.
Günün ikinci yarısında peşəkar fəaliyyət müstəvisində uğurlar əldə etmək üçün rəqibləri üstələməlisiniz.
Dəyər verdiyiniz insanla münasibətlərdə passivlik nümayiş etdirməyin. İradəli və qətiyyətli olun. Çoxdan bəri planlaşdırdığınız işə başlayın. Gəlirlər çox deyil, amma pullar karınıza gələcək.
Alış-verişdə mənasız simiclik etməyin.

Buğa – Günün ilk yarısı xoş keçəcək. Komfort ritmə riayət edərək harasa gecikməyəcəyinizi, hansısa işi görməyə ehtiyac yaranmayacağını düşünməyin. Aktiv olun, bu günün işini sabaha saxlamayın. Maraqlı görüşlər istisna deyil. Bundan sonrakı yaşamınıza təsir edə biləcək insanla qarşılaşa bilərsiniz.
Dəvət aldığınız yerə günün ikinci yarısında yollanın.
Axşam saatları dəyər verdiyiniz insanlarla, uzaqdan gəlmiş qonaqlarla ünsiyyət üçün əlverişlidir.

Əkizlər – Məkrli insanların şirin dilinə aldanmayın. Tələyə düşməyin, boş söhbətlərə qatılmayın. Təmkinli olun, qərarları düşünüb verin.
Yaşanacaq olaylar ziddiyyətlidir və situasiyanın dəqiq qiymətləndirilməsi zərurəti yaranıb.
Günün ikinci yarısında peşəkar fəaliyyət müstəvisində yeni insanlarla qarşılaşacaqsınız. İşdə rəhbərliklə danışıqlarda emosiyalara qapılmayın.
Çuğulçu və xəbərçi adamların davranışlarını izləyin. Belə müşahidələrdə xeyir var.
Axşam saatlarında yola çıxmalı olacaqsınız.

Xərçəng – Diqqətli olun ki, günün ilk yarısındakı problemlər qulaqardına vurulmasın. Maraqlarınızı heçə sayanların qarşısını alın və ümumiyyətlə, belə adamlara heç nəyi etibar etməyin.
Maliyyə problemləri yarana bilər. Yardım üçün yaxınlarınız və ya dostlarınızdan birinə müraciət edə bilərsiniz. Alış-veriş və ya investisiyalarla bağlı qərarları müstəqil şəkildə qəbul edin. Təcrübəli insanların məsləhətlərinə qulaq asın.
Günün ikinci yarısında yeni əlaqələr qura bilərsiniz. Pozulmuş münasibətləri normallaşdırın. Yaxınlarınız sizə həyan olacaqlar. Tərbiyəsiz, mədəniyyətsiz adamlarla əsla tərəfdaşlıq etməyin.

Şir – Sizə məxsus olan nəsnəyə yiyələnmək istəyən insan qanun çərçivəsidə cəcazalanmalıdır. Beləsi problemi məhkəməyədək barışıqla həll etməyə çalışsa da, ona inanmayın. Qarşınıza qoyduğunuz məqsədə çatmaq asan olmasa da, bunu bacaracaqsınız. Dəstək vəd etmiş insanlara bel bağlamayın. …read more

From:: ANS