Məşhur müğənni 3 milyon manata torpaq aldı

Türkiyənin tanınmış müğənnisi Hadisə 2 milyon avroya (3 milyon 471 min AZN) torpaq ərazisi alıb.

ANS PRESS-in məlumatına görə, ifaçı Bodrumda həmkarı Hande Yener kimi çimərlikdə məkan sahib olub.

Məşhur müğənni yayda istirahət etmək üçün uzun müddətdir torpaq ərazisi axtarırdı. İfaçı helikopter gəzintisinə çıxaraq həmin yeri tapıb.

İddia olunur ki, müğənni artıq həm konsertini, həm də istirahətini Bodrumda etməyi planlaşdırır.

Hadisə – “Yaz günü”

Ötən il Hande Yener Bodrumdan torpaq ərazisi alıb. Müğənni çimərliyinə ad da qoyub. Belə ki, sənətçi məkanını mahnısının adına uyğun olaraq “Sebastiyan” adlandırıb.

Hande Yenerin məkanı

Əlavə edək ki, 2 həftə bundan əvvəl Hadisə Azərbaycandakı konsertini ləğv etməsi xəbərinə münasibət bildirib.

Bacısı Dərya Açıkgöz ilə ad günü mərasiminə qatılan müğənni çıxışda jurnalistlərin suallarına cavab verib.

700 min lirə (365 min AZN) alacağı iddia olunan Azərbaycandakı konsertini ləğv etməsi xəbərinə “belə bir xəbərdən heç bir məlumatım yoxdur”, – deyə cavab verərək təkzib edib. …read more

From:: ANS