Rusiya təyyarəsi partladı (FOTO)

Rusiyanın “MiQ-31” hərbi təyyarəsi qəzaya uğrayıb. ANS PRESS-in məlumatına görə, təyyarə havada partlayıb və yerə onun yanan qırıntıları düşüb.

Hadisə Krasnoyarsk vilayətinin Kansk şəhərində baş verib. Hadisə şahidləri qırıcının havada partlayaraq yandığını və yerə yananaraq düşdüyünü bildiriblər.

Rusiya Müdafiə Nazirliyinin faktla bağlı yaydığı məlumatda, qəzaya uğrayan “MiQ-31”in tədris təlim uçuşunu yerinə yetirdiyi qeyd olunur. Açıqlamada qırıcının bu gün Krasnoyarsk vilayətindən 40 kilometr şimal-qərbdə Kansk şəhərlərində meşəli ərazidə yerə düşdüyü bildirilir.

Sergey Moloçnıy – “MiQ-31”i idarə edən kapitan

Uçuş döyüş komplekti olmadan yerinə yetirilib. Ekipaj üzvləri vaxtında tullanaraq xilas ola biliblər. Hadisənin baş vermə səbəblərinin araşdırılması üçün xüsusi komissiya yaradılıb. İlkin məlumatlara görə, təyyarə texnikanın imtinasına görə qəzaya düşüb.

“MiQ-31”i 32 yaşlı kapitan Sergey Moloçnıy və 38 yaşlı kapitan Berdiqulov.V idarə edirmiş. Hər iki pilot birinci dərəcəli pilotlardır. Hazırda xilas olunmuş pilotlar helikopterlərlə Kansk şəhərinə aparılır.

Qeyd edək ki, “MiQ-31” 1975-ci ildə Mikoyan Qureviç tərəfindən inkişaf etdirilən iki yerli, iki motorlu yüksək hündürlükdə uçan təyyarəsi olan “MiQ-25”-in inkişaf etdirilmiş törəməsidir. Rusiyada artıq bir neçə dəfə “MiQ-31″lə bağlı analoji qəzalar baş verib. 2013-cü il dekabrın ayında Rusiyanın “MiQ-31” hərbi təyyarəsi qəzaya uğrayıb. Hadisəyə hərbi təyyarədə olan texniki nasazlığın səbəb olduğu bildirilir.

Hadisə dekabr ayının 14-ü Moskva vaxtı ilə saat 06.00 radələrində baş verib. “Kneviçi” aerodromundan havaya qalxan “MiQ-31” Vladivostok yaxınlığındakı aviabazanın 26-cı kilometrliyində qəzaya uğrayıb. Həmin il daha bir “MiQ-31” qırıcısı Permdəki Bolşoe Savino kəndi yaxınlığındakı hərbi aerdromdan havaya qalxandan 4 dəqiqə sonra radarlardan itib.

Yerli vaxtla 8 radələrində təyyarənin qalıqları aerodromdan 11 km aralıdakı Bolqarı kəndi yaxınlığında tapılıb. Qəzaya səbəb təyyarədə olan texniki nasazlıq göstərilib.Rusiya HHQ-nin komandanlığı iki pilotun həlak olması ilə nəticələnən aviaqəzanın səbəbləri tam araşdırılana qədər bütün “MiQ-31” qırıcılarının uçuşlarını dayandırıb. Analoji qəzalar 2014-cü il və 2015-ci illərdə Rusiya ərazisində baş verib.

Hadisə baş verən ərazi xəritədə …read more

From:: ANS