Azərbaycan qazı Avropaya daha tez çata bilər (VİDEO)

Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şefçoviç “EurActiv” nəşrinə müsahibəsində Azərbaycan qazının Avropaya nəqli və SOCAR-ın Yunanıstanda uzun müddətdir davam edən “DESFA” ilə bağlı danışıqlarına münasibət bildirib.

ANS TV-nin məlumatına görə, Şefçoviç, Azərbaycan qazının Avropaya planlaşdırılandan, yəni 2020-ci ildən tez çata biləcəyini deyib. “DESFA” və SOCAR arasındakı məsələyə gəlincə Komissiya rəsmisi əsas problemin həll edildiyini bildirib:

“Məncə həmin vaxt “DESFA” özəlləşdirilməyə, SOCAR isə investisiya yatırmağa hazır idi. Lakin belə investisiyalarda komissiya, bazarın hazırkı və gələcək vəziyyətinə baxır ki, bütün sahələrdə xüsusi rəqabət olduğuna əmin olsun. Buna görə də üsullar, pay, sahibolma və SOCAR-ın payı müzakirə mövzusu olub. Düşünürəm ki, bu, artıq həll olunub. Danışıqlar aparılır və hazırkı mərhələdə narahatlıq üçün əsas yoxdur”.

…read more

From:: ANS