Eurovision-2016-nın püşkatması keçirildi

“Eurovision-2016 ” mahnı yarımasının püşkatma mərasimi keçirilib. ANS PRESS-in məlumatına görə, mərasim İsveçdə baş tutub.

Bu ilə “Eurovision-2016″ mahnı müsabiqəsinə İsveç ev sahibliyi edəcək. Yarışmanın paytaxt Stokholm şəhərində keçirilməsi nəzərdə tutulur.

Yarımfinalda iştirak edəcək ölkələrin adları da məlum olub. Birinci yarımfinalda Azərbaycanla yanaşı Rusiya, Xorvatiya, Finlandiya, Ermənistan, Yunanıstan, Macarıstan, Niderland, ikinci yarımfinalda isə Latviya, Belorus, İrlandiya, Serbiya, İsrail, Polşa, Litva, Avstraliya, Makedoniya, İsveçrə, Albaniya, Bolqarıstan, Danimarka, Gürcüstan, Rumıniya, Sloveniya, Norveç, Ukrayna və Belçika iştirak edəcəklər.

Ötən ilki qalib – İsveç həmçinin “Böyük Beşlik” dövlətləri Fransa, Böyük Britaniya, Almaniya, İtaliya və İspaniya birbaşa final məlhələsinə keçmək şansı qazanırlar. İkinci yarımfinal 12 mayda, final isə 14 mayda baş tutacaq.

Bu il müsabiqənin keçirildiyi Stokholm şəhərinin yerləşdiyi ərazi

Azərbaycan Avroviziya Mahnı Müsabiqəsində 2008-ci ildən iştirak edir. Həmin il “Day After Day” mahnısı ilə ölkəni təmsil edən Elnur Hüseynov və Samir Cavadzadə dueti Azərbaycana 8-ci yeri gətirib.

Almaniyanın Düsseldorf şəhərində Azərbaycanı təmsil edən Eldar Qasımov və Nigar Camal dueti “Running Scared” mahnısı ilə müsabiqənin qalibi olublar. Bununla da 2012-ci ildə Eurovision mahnı müsabiqəsinə Bakı ev sahibliyi edib. Azərbaycan teleməkanında Eurovision Mahnı Müsabiqəsi ilk dəfə 2006-cı ildə yayımlanıb.

Eldar Qasımov və Nigar Camal-2011-ci ilin qalibləri

“Eurovision-2015” mahnı müsabiqəsinin qalibi İsveç olmuşdu.

İyirmi yeddi ölkənin iştirakı ilə keçirilən final şousunda Azərbaycan təmsilçisi Elnur Hüseynov iyirmi dördüncü nömrə altında isveçli Sandra Byurman, Nikolas Rebşer, Niklas Lif və Lina Hansonun birgə bəstəsi olan “Hour …read more

From:: ANS