Rusiya qoşunu Ermənistan dağlarında

Rusiya hərbçiləri Ermənistanda təlimlərdə iştirak edir. ANS PRESS-in məlumatına görə, Rusiya minaatanları Ermənistanda üç aylıq təlim keçəcəklər.

Hazırlıqlar Ermənistanın “Alagöz” dağının yüksəkliklərində yerləşən poliqonda başlayıb. Hərbçilər təlimlərin gedişatında “Qranat-2” və “Zastava” pilotsuz uçan aparatlarından da istifadə ediləcək.

“Ümumrusiya Hərbi Oyunları – 2016” çərçivəsində keçirilən təlimlərdə, əsasən, Rusiyanın Cənub hərbi dairəsinin minaatanları iştirak edir. Təlimlər “Atəş Ustaları” adı altında təşkil edilib.

“Qranat-2” adlı pilotsuz uçan aparat

Yarış xarakterli təlimlərdə yüksək dağlıq şəraitdə hərbi qulluqçuları qumbaraatanlardan və artilleriya toplarından atış bacarıqlarını yerinə nümayiş etdiriləcək. Təlimlərə 100-dən çox hərbiçi cəlb edilib.

Son vaxtlar isə Rusiya əsasən Ermənistandakı hərbi bazasını gücləndirir. Bir müddət əvvəl Rusiya Ermənistandakı hərbi bazasına 6 ədəd Mi-24 və Mi-8 helikopteri gönərmişdi.

Konkret olaraq Krasnodarda yerləşən hərbi aerodromdan İrəvanın yaxınlığında yerləşən Erebuni hərbi bazasına 6 ədəd Mi-24P döyüş helikopteri və Mi-8MT nəqliyyat helikopteri gətirilib.

Ermənistan və Rusiya arasında həmçinin Hava Hücumundan Müdafiə sistemlərini birləşdirmək barədə müqavilə imzalayıb. Ötən il əldə olunan razılaşmaya əsasən Ermənistan Rusiyadan 200 milyon dollar kredit almalı idi.

Təlimlərin keçirildiyi ərazi (“Alagöz” dağı)

Rusiya və Ermənistan arasında 200 milyon dollar kreditin verilməsi ilə bağlı saziş imzalandıqdan sonra bildirildi ki, Rusiya Ermənistanı “İsgəndər-M” operativ-taktiki raketləri ilə təchiz edəcək və buna dair danışıqlar aparılır. “İsgəndər-M” raketi Rusiya hərbi sənayesinin ən son yeniliklərindən biridir. Bu raketlər 500 kilometr məsafədən hədəfə 100 faiz dəqiqliklə zərbə endirir və nüvə başlığı da daşıya bilir.

“İsgəndər-M” raketi …read more

From:: ANS