ABŞ səfirliyinin nümayəndələri BALAANS-də (FOTO)

Bu gün Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin nümayəndələri Milli Animasiya Studiyası ilə tanış olublar.

ANS PRESS-in məlumatına görə, səfirliyin nümayəndələri ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev məlumatlandırıb. Qobu qəsəbəsi ərazisindəki studiyada hazırda 3 yaş təbəqəsinə aid uşaqlar üçün müxtəlif cizgi filmləri hazırlanır.

Animasiya studiyası beynəlxalq animasiya filmlərinin istehsalı üçün tələb olunan bütün müasir avadanlıq və peşəkar işçi heyəti ilə təhciz edilib.

Hazırda studiyada paralel olaraq bir neçə animasiya layihəsi üzərində iş gedir.

Milli Animasiya Studiyası Azərbaycanda ilk dəfə olaraq, animasiya seriallarının istehsalını həyata keçirir.

…read more

From:: ANS