Şagirdi döyən müəllimə Təhsil Nazirliyinə çağırıldı

Abşeron rayonu, Xırdalan şəhəri 9 nömrəli məktəbdə qeydə alınan video ilə bağlı məktəbin direktoru, müəllimə və valideyn Təhsil Nazirliyinə çağırılıblar.

Bu barədə ANS PRESS-ə Abşeron Rayon Təhsil Şöbəsinin mətbuat xidməti Anar Nağıyev deyib: “Hadisə oktyabr ayında olub. Videonu da valideyn çəkib. Hal-hazırda məktəbin direktoru da, müəllimə də, həmin valideyn də Təhsil Nazirliyindədirlər. Onlardan izahat alınıb”.

Onun sözlərinə görə, bu görüntüləri valideynlərdən biri çəkib.

Bu gün sosial şəbəkələrdə ibtidai sinif müəlliməsinin şagirdi təhqir edərək başına vurduğu kadrlar yayılıb. Həmin videonu təqdim edirik:

İbtidai sinif müəlliməsinin şagirdi vurması

Məsələ ilə bağlı Xırdalan qəsəbəsində yerləşən 9 nömrəli məktəblə əlaqə saxladıq. Adını açıqlamayan direktor müavini hadisədən xəbərdar olduqlarını bildirib:
“Hadisə noyabr ayında olub. Nədənsə, indi sosial şəbəkələrdə yer alıb. Müəllimənin vurduğu şagird onun qardaşı qızıdır. İnsident dərsdən sonra olub. Müəllimə iki başqa şagirdin valideynini gözləyərkən boş qalmamaq üçün şagirdlərə dərs keçmək fikrinə düşüb. Onlardan biri onun qardaşı qızı olub. Bu zaman hirslənərək onu vurub. Sinifdə cəmi 6 şagird olub, onun da ikisi öz uşağı, ikisi qardaşı qızları, ikisi başqa uşaq olub”, – deyə məktəbdən vurğuladılar.

Təhsil Nazirliyi isə məsələni nəzarətdə saxladığını bildirdi. Hazırda bununla bağlı araşdırma aparılır. Araşdırma başa çatdıqdan sonra nəticəsi barədə məlumat veriləcək.

Hadisə baş verən məktəb …read more

From:: ANS